Avropa İttifaqı Şurasının prezidenti ilə Gürcüstanın baş naziri İrakli Kobaxidze arasında telefon danışığı olub.
InterPress.ge xəbər verir ki, bu barədə Avropa Şurasının prezidenti sosial şəbəkədə yazıb.
“Baş nazir İrakli Kobaxidze ilə telefon danışığı zamanı biz Gürcüstanda baş verən son hadisələri müzakirə etdik və Avropa İttifaqının öz ölkələrinin Avropa gələcəyini irəliyə aparan bütün gürcülərə tam dəstəyini bir daha bildirdik.Gürcüstan vətəndaşlarının açıq, demokratik və plüralist cəmiyyətə çağırışı eşidilməlidir. Aktiv debat təməl daşıdır və indi real dialoqa ehtiyac var. Gürcüstanın gələcəyi Avropa İttifaqındadır. Bu tarixi fürsəti qaçırmayın”, - Mişel yazıb.
