Kutaisi-Tskaltubo yolunda baş verən yol-nəqliyyat hadisəsi itki ilə başa çatıb.
InterPress.ge xəbər verir ki, bir nəfər ölüb, yeddi nəfər yaralanıb.
Mövcud məlumata görə, avtomobil iki avtomobillə toqquşub, daha sonra yanıb.
Hadisə yerinə polis və təcili yardım qrupları səfərbər edilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə araşdırmalara başlanılıb.
