10 
May
2024
11:40
248

Metyu Miller: “Biz qanun layihəsinə qarşı çıxanlara qarşı görülən tədbirlərdən çox narahatıq“

Qanun layihəsinə qarşı çıxanlara yönəlik görülən tədbirlər bizi çox narahat edir.

InterPress.ge xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller jurnalistin sualına cavabında  bildirib.

Onun sözlərinə görə, ABŞ-ın Gürcüstanla əməkdaşlıq etməsi üçün Gürcüstan hökuməti kursunu dəyişməlidir.

“Vətəndaş cəmiyyətinə, müxalifət fəallarına və jurnalistlərə qarşı fiziki zorakılıq və təzyiqlərin artması faktları ilə bağlı məlumatımız var. Biz bunu pisləyirik və müstəqil, vaxtında araşdırma aparmağa çağırırıq. Biz Gürcüstanla 30 ildən artıq uğurlu tərəfdaşlıq çərçivəsində əməkdaşlıq etməkdən məmnunuq. Biz Gürcüstanla əməkdaşlığı davam etdirmək istərdik. Əməkdaşlıq üçün hələ vaxt var, lakin Gürcüstan hökuməti bunu etmək üçün kursunu dəyişməlidir”, - Metyu Miller bildirib.

Jurnalist Aleks Raufoğlu Millerə “Gürcüstan hakimiyyəti bu binadan gələn bütün xəbərdarlıqlara məhəl qoymur” sualını verib və Millerin qeyd etdiyi digər hərəkətlərin vaxtının gəlib çatmadığını soruşub:

“Mən həmişə sizin bu brifinqdə irəli sürdüyünüz siyasət variantlarını yüksək qiymətləndirirəm, lakin biz siyasətimizin nə olduğunu açıq şəkildə bildirmişik və bunu aydınlaşdırmaqda davam edəcəyik. İndiki məqamda mən edə biləcəyimiz hər hansı hərəkəti əvvəlcədən müzakirə etməyəcəyəm”.- deyə Miller bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər