Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Gürcüstan tərəfi ABŞ və Aİ ilə münasibətləri daha da inkişaf etdirməyə hazır olduğunu bildirib

486
Gürcüstan tərəfi ABŞ və Aİ ilə münasibətləri daha da inkişaf etdirməyə hazır olduğunu bildirib
Dinləmək üçün basın

“Gürcüstanla Avropa İttifaqı, Gürcüstan və ABŞ arasında münasibətləri daha da sıxlaşdırmağa hazırıq”

“Gürcüstanla Avropa İttifaqı, Gürcüstan və ABŞ arasında münasibətləri daha da sıxlaşdırmağa hazırıq” 

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze hökumət administrasiyasında media nümayəndələri ilə görüşündə bildirib.

Kobaxidzenin sözlərinə görə, bu, Gürcüstan hökumətinin mövqeyidir.

“Bizim mövqeyimiz aydındır - biz daha çox münasibətlər, daha sıx əməkdaşlıq tələb edirik, lakin təəssüf ki, müəyyən təmkinli mövqe var, bunun da öz səbəbləri ola bilər, amma biz bunu anti-gürcü əhval-ruhiyyəsi adlandıra bilmərik. Əksinə, bizim tamamilə açıq siyasətimiz var. Biz Gürcüstanla Avropa İttifaqı, Gürcüstan və ABŞ arasında münasibətləri daha da sıxlaşdırmağa hazırıq. Qarşı tərəfdən nə qədər çox addım atılsa, bir o qədər yaxşıdır. Bu, bizim əhvalımız və mövqeyimizdir”, - deyə İrakli Kobaxidze bildirib.

Bundan əlavə, Kobaxidzenin qeyd etdiyinə görə, Gürcüstan hökumətinin ABŞ-a çağırışı viza rejiminin liberallaşdırılmasını təmin etməkdir.

 “ABŞ-dan xahişimiz vətəndaşlarımız üçün viza liberallaşdırılmasını təmin etməsidir. Əminəm ki, bu, ABŞ-ı ağırlaşdırmayacaq, həmçinin azad ticarət sazişi imzalanmasını tələb edirik, Gürcüstanla Amerika arasında birbaşa uçuşlar təmin edilsin. Avropa İttifaqına gəlincə, bizim çağırışımız dekabrda Gürcüstanla danışıqlara başlamasıdır”, - Kobaxidze bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →