Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Pavel Herçinski: Dünən yağışa baxmayaraq Tbilisi küçələrinə çıxan insanların sayı məni heyran etdi

394
Pavel Herçinski: Dünən yağışa baxmayaraq Tbilisi küçələrinə çıxan insanların sayı məni heyran etdi
Dinləmək üçün basın

Gürcüstanın Avropa İttifaqına inteqrasiya prosesində irəliləməsinə kömək etmək üçün hər daşı çevirəcəyik. Mən bilirəm ki, bu, Gürcüstan əhalisinin mütləq əksəriyyətinin arzusudur.

Gürcüstanın Avropa İttifaqına inteqrasiya prosesində irəliləməsinə kömək etmək üçün hər daşı çevirəcəyik. Mən bilirəm ki, bu, Gürcüstan əhalisinin mütləq əksəriyyətinin arzusudur.

InterPress.ge xəbər verir ki, bu barədə Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski gələn həftə Gürcüstana planlaşdırılan yüksək səviyyəli səfərlər barədə sualı cavablandırarkən jurnalistlərə bildirib.

“Dünən yağışa baxmayaraq, mövcud vəziyyətlə bağlı fikirlərini bildirmək üçün Tbilisi küçələrinə çıxan insanların sayı məni heyran etdi. Ümid edirik ki, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi indiki formada qəbul edilməyəcək. Bu barədə Gürcüstan hakimiyyəti ilə danışmaq üçün bir neçə yüksək səviyyəli səfərlər təşkil etmişik. Bu yüksək səviyyəli səfərlər davam edəcək və biz iştirak etməyə hazırıq, mövcud vəziyyətdən çıxış yolu tapmaq üçün Gürcüstan hakimiyyəti ilə konstruktiv işləməyə hazırıq”, - diplomat bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →