Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Salome Zurabişvili ilə Cim O'Brayen arasında təkbətək görüş nəzərdə tutulan vaxtdan daha uzun sürüb

243
Salome Zurabişvili ilə Cim O'Brayen arasında təkbətək görüş nəzərdə tutulan vaxtdan daha uzun sürüb
Dinləmək üçün basın

Gürcüstan Prezidenti Salome Zurabişvili ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Cim O`Brayen ilə görüşüb.

Gürcüstan Prezidenti Salome Zurabişvili ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Cim O`Brayen ilə görüşüb.

InterPress.ge xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat verib.

Bildirilib ki, Gürcüstan prezidenti ilə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Cim O`Brayen arasında təkbətək görüş nəzərdə tutulan vaxtdan bir saat yarım çox davam edib.

"Bir saat yarım davam edən təkbətək görüşlə əlaqədar prezident və ABŞ dövlət katibinin köməkçisinin nümayəndə heyətlərinin müşayiəti ilə geniş tərkibdə görüşü ləğv edilib", - Prezident Administrasiyasının məlumatında deyilir. 

Söhbətin məzmunu hələlik bilinmir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →