“Bu gün səhnədə, Parlament binasının qarşısında xarici təsirin şəffaflığını görürük, xarici siyasətçilər birbaşa siyasi səhnəyə çıxırlar”.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze bugünkü brifinqdə deyib.
Kobaxidzenin fikrincə, kənar şəxslərin kollektiv “Milli Hərəkat”ın xeyrinə Gürcüstanın daxili siyasətinə müdaxilə etməyə cəhd etməsi yolverilməzdir.
“Təbii ki, kənar şəxslərin kollektiv “Milli Hərəkat”ın xeyrinə Gürcüstanın daxili siyasətinə müdaxilə etməyə cəhd etməsi qətiyyən yolverilməzdir. Bu, hər şeyin lüstrasiyasıdır. Qalanları barədə cəmiyyət öz qənaətini verəcək”, - İrakli Kobaxidze bildirib.
