17 
May
2024
10:21
1891

Marneuli bələdiyyə deputatı jurnalisti təhqir və təhdid etdi - FOTO

Marneuli bələdiyyəsinin deputatı Omar İrişov "Mtavari Arxi" telekanalının jurnalisti Ceyhun Məhəmmədəlini təhqir və təhdiq edib.

InterPress.ge xəbər verir ki, dövlət məmuru təhqir və təhdidi facebook-da ictimai fəal Samirə Bayramovanın yazdığı statusun şərh bölməsində edib.

O. İrişov müəllim ailəsində anadan olmasını qeyd etməsinə baxmayaraq jurnalistə qarşı dövlət məmuruna yaraşmayan nalayiq sözlər yazaraq C. Məhəmmədəlini təhdid edib.

Məsələ ilə bağlı biz Ceyhun Məhəmmədəli ilə əlaqə saxladıq, o, bizə dövlət məmurlarının bu kimi hərkətlərinin artıq "Gürcü Arzusu"nun göstərdiyi ümumi bir sima olduğunu qeyd etdi.

"Mən həmin şəxs haqda heç bir şey yazmadığım halda, onun adını çəkmədiyim halda, o, gəlib məni ictimai olaraq təhqir və təhdid edir. "Gürcü Arzusu" görün nə gündədir ki, bu şəxlər kimi dırnaq arası məmurlar onların arasında yer alır. Onlar o qədər qorxurlar ki, artıq hərkəsə hücum etməyə başlayıblar", - deyə Məhəmmədəli qeyd edib.

Qeyd edək ki, son zamanlarda ictimai fəalara və jurnalistlərə qarşı dövlət məmurları tərəfindən bu kimi hücumlar baş verir.

Bizimlə əlaqə saxlayın