Rus qanununa etiraz aksiyasının davam etdiyi Rustaveli prospektində aksiya iştirakçıları Rusiya və “Gürcü arzusu”nun bayraqlarını yandırıblar.
InterPress.ge xəbər verir ki, hazırda etirazlar davam edir.
Parlamentin qarşısındakı yol bağlanıb. Bu gün müxtəlif yerlərdən yürüş edərək aksiyaya gələn tələbələrlə yanaşı, müxtəlif sahələrdən nümayəndələri də var. Aksiyaya həkimlər də qoşulub.
