18 
May
2024
23:07
193

"Müstəqilliyimiz əbədidir, daimidir, sarsılmazdır” adlı müsabiqəyə qeydiyyat başlayır

“Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”nin təşkilatçılığı və təşəbbüsü ilə "Müstəqilliyimiz əbədidir, daimidir, sarsılmazdır” adlı müsabiqəyə qeydiyyat başlayır.

InterPress.ge xəbər verir ki, Gürcüstanın və Azərbaycan Respublikasının Müstəqillik Günü ilə əlaqədar bir neçə mövzu üzrə müsabiqə elan edilir.

Müsabiqədə azərbaycandilli məktəblərdə təhsil alan 7, 8, 9, 10, 11, 12-ci sinif sagirdləri, həvəskarlar və digər şəxslər iştirak edə bilər.

Müsabiqə aşağıdakı sahələr üzrə keçiriləcək:

Azərbaycan dili üzrə olimpiada (25 maya kimi imtahanda iştirak etməlisiniz)

Hüquqi bilik üzrə ümumi test (25 maya kimi imtahanda iştirak etməlisiniz)

İnşa

Rəsm

Əl işləri

Şeir 

Musiqi (saz, kamança, tar, gitara)

Hər sahə üzrə 3 qalib elan ediləcək(1-ci, 2-ci, 3-cü yer), qaliblərə xüsusi hədiyyələr, digər bütün iştirakçılara isə həvəsləndirici hədiyyələr və sertifikatlar təqdim olunacaq.

İnşa, rəsm, şeir və əl işləri üzrə qalibləri münsiflər heyəti müəyyən ediləcək. Azərbaycan dili və hüquqi biliklər üzrə qaliblər isə yazdıqları test və mətnlərdən topladıqları qiymətlər üzrə müəyyən ediləcək.

Musiqi üzrə qaliblər isə öz istedadlarını auditoriya qarşısında nümayiş etdirməlidirlər, daha sonra səs vermə yolu ilə qaliblər müəyyən ediləcək.

Şeir üzrə müsabiqədə iştirak etmək istəyənlər isə 25 maya kimi yazdıqları şeirləri göndərə bilər. Həmçinin, müsabiqə günü hər kəs auditoriya qarşısında şeirlərini səsləndirməli və münsiflər heyəti yekun olaraq qalibləri müəyyən etməlidirlər.

Müsabiqədə iştirak etmək üçün 25 may saat 12:00- kimi qeydiyyatdan keçərək müsabiqə üçün hazırladığınız nümayişləri qeydiyyat anketində mövcud olan bölməyə yerləşdirməlisiniz.

Həmçinin, inşa, şeir və əl işlərinizin təsvirlərini [email protected] ünvanına və ya 571 24 24 87 nömrəsinə Vatsap (Whatsapp) vasitəsi ilə göndərə bilərsiniz

Qeydiyyatdan keçmək və hazırladığınız nümayişləri təqdim etmək üçün qeydiyyat blankını doldurmanız xahiş olunur 

https://docs.google.com/forms/d/1RallCYE67hJ4n0Gfrc2wIinjq5jr3hiO1-kTODrGJ0w/edit

 

Bizimlə əlaqə saxlayın