19 
May
2024
11:01
386

Ağ Ev: Gürcüstan parlamentinin üzvlərini cəsarət göstərməyə və prezidentin vetosunu ləğv etməməyə çağırırıq

"Mən şadam ki, prezident Zurabişvili “Xarici agentlər” qanununa veto qoymaqla Gürcüstanın Avro-Atlantik gələcəyini qoruyur".

InterPress.ge xəbər verir ki, bu barədə sosial şəbəkədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrienne Watson yazıb.

"Biz parlament üzvlərini eyni cəsarət göstərməyə və onun vetosunu ləğv etməməyə çağırırıq"- deyə  Watson qeyd edib.

Bizimlə əlaqə saxlayın