19 
May
2024
18:37
349

Zurabişvili Makronu Gürcüstana dəvət edib

Prezident Makrona yazdım ki, onu mayın 26-da Gürcüstanın Müstəqillik Günündə gözləyirəm”.

InterPress.ge xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili “La Tribune” nəşrinə müsahibəsində bildirib.

“ Emmanuel Makron 2018-ci ildə seçildiyim andan mənə söz verdi ki, gələcək. Bu, sentyabrda seçki kampaniyası başlamazdan əvvəl edilməlidir. Söhbət təkcə Gürcüstandan getmir, nəhayət, Qafqazın sovet mentalitetindən və Rusiyanın təsirindən azad edilməsi məsələsidir. Burada heç kim Rusiya ilə qarşıdurmaya girmək istəmir. Bu, Avropanın gələcəyi, o cümlədən Avropanın təhlükəsizliyi üçün çox vacibdir. Qara dəniz enerji və kommunikasiya tranzit zonası buradır. Prezident Makrona yazdım ki, onu mayın 26-da Gürcüstanın Müstəqillik Günündə gözləyirəm”, - Zurabişvili bildirib.

Bizimlə əlaqə saxlayın