Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Qatil Lotu Qulinin son videosunu kimlərə göndərib?

4,454
Qatil Lotu Qulinin son videosunu kimlərə göndərib?
Dinləmək üçün basın

Türkiyənin Antalya şəhərinin Serik rayonundakı beşulduzlu otel və spa mərkəzində Lotu Quli kimi tanınan kriminal avtoritet Nadir Səlifovu qətlə yetirən Xaqan Zeynalov (Xan Bakinski) onun cinayətdən az əvvəl çəkdiyi…

Türkiyənin Antalya şəhərinin Serik rayonundakı beşulduzlu otel və spa mərkəzində Lotu Quli kimi tanınan kriminal avtoritet Nadir Səlifovu qətlə yetirən Xaqan Zeynalov (Xan Bakinski) onun cinayətdən az əvvəl çəkdiyi videosunu azı dörd nəfərə göndərib.

InterPress.ge xəbər verir ki, Türkiyə polisi Xaqan Zeynalovun mobil telefonunu müsadirə etdikdən sonra bu faktı üzə çıxarıb.

Xəbər verildiyi kimi, Xaqan Zeynalov Lotu Qulini qətlə yetirməzdən təxminən 30 dəqiqə əvvəl otelin dəhlizində onun arxasınca gedərkən videosunu çəkib. Bu kadrlar qətldən bir neçə saat sonra sosial şəbəkələrdə yayılıb. Kadrlara əsasən heç nədən şübhələnməyən Lotu Quli telefonla danışa-danışa dəhlizlə gedir, Xan Bakinski isə onu arxadan çəkir. Daha sonra özünü iri planda çəkir və sanki sifarişçiyə mesaj vermək istəyir ki, Lotu Qulinin arxasındadır və hədəfi haqlayıb.

“Azadlıq” radiosunun özbək xidməti bildirir ki, Xan Bakinskinin həmin kadrları göndərdiyi dörd şəxsin hamısı Türkiyə polisi tərəfindən dindirmə üçün saxlanılıb. Onların arasında Özbəkistandan olan “Zolotoy” ləqəbli kriminal avtoritet Ravşan Muhiddinov da var.

Ravşan Muhiddinov Beynəlxalq Boks Federasiyası AİBA-nın keçmiş prezidenti, Birləşmiş Ştatlar tərəfindən beynəlxalq narkotik ticarəti mafiyasının başçısı kimi axtarılan, “Qara Qafur” ləqəbli kriminal avtoritet Qafur Rəhimovun qohumudur.

Muhiddinovu İstanbuldakı evində avqustun 20-də gecə saat 3 radələrində saxlayıblar. Türkiyə polisi onu yeddi saat ərzində dindirib, lakin hər hansı ittiham irəli sürmədən sərbəst buraxıb.

Bu arada Rusiya KİV-ləri xəbər verib ki, qətldən sonra Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Sibirdə Lotu Qulinin adamlarından birini saxlayıb və dindirmədən sonra heç bir ittiham irəli sürmədən buraxıb.

Mərkəzi Asiya kriminal aləmindəki mənbələr isə “Azadlıq” radiosua deyiblər ki, hazırda Rusiyada həbsdə olan kriminal avtoritet, əvvəllər “1 nömrəli oğru” statusunu daşıyan “Şakro Molodoy” ləqəbli Zaxari Kalaşov özünün həbsxana kamerasında Lotu Quliyə ölüm hökmü çıxarmışdı.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →