"İran prezidentinin, Xarici İşlər Nazirinin və digər dövlət rəsmilərinin vəfatı ilə bağlı Gürcüstan dərin kədərini bildirir"
InterPress.ge xəbər verir ki, bu barədə baş nazir İrakli Kobaxidze sosyal şəbəkə X - də paylaşım edib.
“İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi, Xarici İşlər Naziri Hüseyn Əmir-Abdollahian və digər dövlət rəsmilərinin vəfatı ilə əlaqədar Gürcüstan dərin kədərini ifadə edir. "Bizim düşüncələrimiz indi İran xalqının yanındadır" –deyə baş nazir X-də yazıb.
