20 
May
2024
19:51
188

Gürcüstan millisinin oyunlarına bileti olan Gürcüstan vətəndaşları subsidiyalaşdırılmış aviabiletdən faydalana biləcəklər

Gürcüstan millisinin Avropa çempionatında oyunlarına bileti olan Gürcüstan vətəndaşları subsidiyalaşdırılmış aviabiletdən faydalana biləcəklər.

InterPress.ge xəbər verir ki, həftənin sonunda subsidiyalaşdırılmış aviabiletlərin satışına başlanılacaq.

Hökumətin verdiyi məlumata əsasən, Avro 2024-ün üç minə qədər azarkeşi iyunun 18, 22 və 26-da Gürcüstan milli komandasına dəstək olmaq üçün Gürcüstan hökuməti tərəfindən təşkil edilən xüsusi çarterlərdən faydalana və xüsusi, subsidiyalaşdırılmış qiymətə aviabilet ala biləcək. Subsidiyalaşdırılmış birtərəfli aviabiletin qiyməti 195 avro olacaq. Müvafiq olaraq ikitərəfli aviabiletin qiyməti 390 avro təşkil edir. Azarkeşlərin öz səyahət cədvəlini tərtib etmək imkanı olacaq.

Çarter reysləri Tbilisi və Kutaisi beynəlxalq hava limanlarından Georgian Wings (Tbilisi), Georgian Airways (Tbilisi), Wizz Air (Kutaisi) və Gasa şirkəti (Tbilisi) ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək. Tbilisi və Kutaisidən çarter reysləri Dortmund, Hamburq, Köln və Düsseldorf istiqamətində həyata keçiriləcək və Gürcüstan milli komandasının oyun cədvəlinə uyğunlaşdırılacaq.

Məlumat üçün bildirək ki, Avropa çempionatı ilə əlaqədar Gürcüstan hökuməti Almaniya istiqamətində çarter və müntəzəm reysləri subsidiyalaşdıracaq.

Bizimlə əlaqə saxlayın