“Bağışlayın, amma uzaqdan müşahidəçi mövqeyində olmaq həm Avropa İttifaqına, həm də gürcü xalqına ziyan vurur. “Gürcü arzusu” demokratiyanı və gürcü xalqının Avropa istəklərini alt-üst edəndə biz letargik ola bilmərik”.
InterPress.ge xəbər verir ki, bu barədə Miriam Leksman yazıb.
Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts mayın 19-da birgə bəyanat yayıblar. Bəyanatda deyilir: “Gürcüstanın Avropa yolu yazılıb, lakin tərəqqinin sürəti və istiqaməti Gürcüstandan asılıdır”.
