21 
May
2024
10:47
105

Tələbələrin “Rus qanunu”na etiraz aksiyası bu gün də davam edəcək

Tələbələrin "Rus qanunu"na etiraz aksiyası davam edir.

InterPress.ge xəbər verir ki, bu gün, 18:00-da  tələbələr Rustaveli metrosunun yanına toplaşacaqlar.

Xatırladırıq ki, tələbə etiraz həftəsinin ilk günü, mayın 20-də aksiya iştirakçıları metronun Cereteli stansiyasının yaxınlığında və Tibb Universitetinin həyətində toplaşaraq oradan Saakadze meydanına doğru yürüş edib və sonda  parlament binasının yanına corab qoyublar. 

"Gürcü Arzusuna corab buraxdıq. Məlumat üçün deyək ki, Harri Potterdə elfə paltar vermək köləlikdən azad olmaq deməkdir. Məhz Corab verməklə Potter Dobbini əsarətdən azad edib.
Biz “Gürcü arzusu”nu köləliyi dayandırmağa çağırırıq!”-deyə aksiya iştiralçılarındam biri bildirib.

Bu aksiyadan əlavə, bu gün “Dafion” parlament qarşısında toplantı elan edib. Mitinq iştirakçıları saat 15:00-dan başlayaraq yürüş keçirəcəklər.

Bu gün saat 10:00-da tələbələrin rəhbərliyi ilə "Səhər marşı" başlayacaq. Aksiyaya Rəssamlıq Akademiyası, Teatr Universiteti və Konservatoriyanın tələbələri də qoşulur. Onlar Rustaveli metrosundan Mədəniyyət Nazirliyinə qədər yürüş edəcəklər.

Bizimlə əlaqə saxlayın