21 
May
2024
12:42
178

Saxta rəsmi sənədlərin hazırlanması faktına görə 1 nəfər saxlanılıb

Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidmətinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxta rəsmi sənədlərin hazırlanması və imzalanması faktına görə 1 nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə istintaq xidməti məlumat verib.

“İstintaq xidməti müəyyən edib ki, təqsirləndirilən şəxslər qanunsuz maddi səmərə əldə etmək məqsədilə xaricdə yaşamağa maraqlı olan şəxslər üçün saxta sənədlər hazırlayıb, həmin sənədlərdən istifadə etməklə şəxs nisbətən asanlıqla siyasi və zorakılıq qurbanı kimi sığınacaq ala bilib.

Müəyyən edilib ki, təqsirləndirilən şəxs adam başı 500 ABŞ dolları və 550 lari rüsum müqabilində şəxslərə, hüquq-mühafizə orqanı tərəfindən ona qarşı hədə-qorxu ilə bağlı araşdırma aparıldığı qeyd olunan saxta məktub, siyasi ayrı-seçkiliyin və zorakılığın qurbanı olduğu qeyd olunan sənədi hazırlayıb. Həmçinin vətəndaşın fiziki xəsarətlər adlığı qeyd olunan tibb müəssisəsinin adından hazırlanmış saxta sağlamlığ arayışı düzəldib.

Qeyd edək ki, məsələ ilə bağlı İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 3 ildən 6 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutan 362-ci maddəsi ilə aparılır."-məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın