21 
May
2024
12:50
268

Gürcüstan üzərindən Avropaya daşınan dəniz konteynerində 52 kiloqrama qədər “kokain” aşkar edilib

Mərkəzi Kriminal Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat tədbirləri nəticəsində transmilli mütəşəkkil cinayətkarlığın üstü açılıb.

InterPress.ge xəbər verir ki, bu barədə  Daxili İşlər Nazirliyi məlumat yayıb.

Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin direktoru Teymuraz Kupatadzenin brifinqdə verdiyi məlumata görə, Ekvadordan gətirilən bananlarla dolu dəniz konteynerinə gizli şəkildə 52 kiloqrama qədər narkotik vasitə olan “kokain” yerləşdirilib.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları Daxili İşlər Nazirliyinin məlumatına görə, iri internet narkotik mağazalarından birini aşkar edərək zərərsizləşdiriblər. 

“Baxılan cinayət işi üzrə narkotik vasitələrin tranziti ilə məşğul olan mütəşəkkil cinayətkar dəstə üzvlərinin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Həmçinin, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan iri internet mağazalarından biri də aşkar edilərək zərərsizləşdirilib. O, qara bazarın 50 faizindən çoxunu təmin edirdi.

Adıçəkilən mağazaya tərəfimizdən həbs edilmiş 1963-cü il təvəllüdlü Gürcüstan vətəndaşı rəhbərlik edib və onun şəxsi və yaşayış mənzilinə baxış zamanı 4 kiloqramadək narkotik vasitə “kokain”, 27 min ədəd “Ecstasy” narkotik vasitə həbləri və 10  kiloqram başqa narkotik vasitə aşkar edilib.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində narkotiklərlə əlaqəli cinayətlərdə təqsirli bilinən 77 nəfər, o cümlədən 23-ü narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub.
Gürcüstan, İran, Türkiyə, Rusiya, Hindistan və Nigeriya vətəndaşları saxlanılıb.

Hakimin hökmü əsasında polis tərəfindən narkotik vasitələrin qanunsuz saxlanılması ittihamı ilə həbs edilən şəxslərdən bir neçə dəfə narkotik vasitələrin nəzarəti həyata keçirilib və bu alışlar gizli şəkildə audio-video lentə alınıb.

Saxlanılan şəxslərin göstərdikləri yerlərdən, habelə saxlanılan şəxslərin şəxsi evlərinə və nəqliyyat vasitələrinə baxış zamanı maddi sübut kimi külli miqdarda və xüsusilə külli miqdarda narkotik və psixotrop vasitələr götürülüb:
"Heroin", "Kokain", "MDMA", "Alpha PVP", "Metamfetamin", "Metadon", "Həşiş" və psixotrop maddələr.

Polis şübhəlilərdən narkotik satışından əldə etdiyi iddia edilən külli miqdarda pulu da sübut kimi ələ keçirib.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260 və 262-ci maddələri ilə aparılır.
Cinayətlər 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır”, - Teymuraz Kupatadze bildirib.

Bizimlə əlaqə saxlayın