21 
May
2024
16:36
162

Əmək Müfəttişliyi Xidməti: İstehsalatda bədbəxt hadisələr nəticəsində ölənlərin sayı 42 faiz azalıb

2023-cü ildə istehsalatda bədbəxt hadisələr nəticəsində ölənlərin sayı 2018-ci illə müqayisədə 42% azalıb.

InterPress.ge xəbər verir ki Gürcüstanın “Əmək Təhlükəsizliyi haqqında” Qanununa əsasən, 2023-cü ildə Əmək Müfəttişliyi Xidməti tərəfindən ümumilikdə 3765 yoxlama aparılıb.

Qurumun dərc etdiyi 2023-cü il fəaliyyət hesabatında qeyd olunduğu kimi, nəzarət tədbirləri çərçivəsində ilkin yoxlamalar nəticəsində 1636 obyekt yoxlanılıb, yoxlamalar 81904-ə qədər məşğul olan şəxsi əhatə edib.

Sənədə əsasən, 2021-ci illə müqayisədə ilkin yoxlama zamanı aşkar edilmiş pozuntuları tam aradan qaldıran yoxlanılan obyektlərin sayı 23 faiz artıb.

Hesabatda göstərilən məlumata görə, 2023-cü ildə istehsalat qəzaları nəticəsində ölənlərin sayı 2018-ci illə müqayisədə 42% azalıb.

Bizimlə əlaqə saxlayın