22 
May
2024
16:48
238

Marneulidə M.Ə.Rəsulzadənin 140 illiyi qeyd olunub - VİDEO

Azərbaycanın Müstəqillik Günü ərəfəsində Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140-cı (yubiley) ildönümü təntənəli şəkildə qeyd edilib. 

InterPress.ge xəbər verir ki, Tədbir “Azərbaycan Evi”nin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) dəstəyi ilə baş Tutub.  

tədbirdə Gürcüstan Parlamentinin keçmiş deputatları, Marneuli Bələdiyyə Məclisinin üzüvləri, Türkiyənin MAARİF Okullarının Gürcüstan nümayəndəliyinin rəhbəri, ictimaiyyət nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər. Təbdirdə ilk öncə AXC-nin qurucusu M.Ə. Rəsulzadənin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra tədbiri giriş sözü ilə açan “Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, 2024-cü ildə M.Ə Rəsulzadənin 140 illik yubileyinin ölkə təntənəli şəkildə keçirilməsi üçün sərəncam imzalayıb. “Azərbaycan Evi” olaraq möhtərəm cənab Prezidentin sərəncamını rəhbər tutaraq bu tədbiri keçiririk. M. İmanov qeyd edib ki, M.Ə. Rəsulzadə tərəfindən 1918-ci ildə müsəlman şərqində ilk yaradılan Azərbaycan Xalq Cümhuriyyəti bir çox təzyiq və represiyalara məruz qalaraq qısa ömür sürmüşdür. Ancaq M.Ə. Rəsulzadə ömürnün sonuna kimi Azərbaycanın üç rəngli bayrağını müəllifi və rəhbəri olduğu dərgilərin üz qabığında yaşatmışdır. Müstəqil Azərbaycanın memarı, ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş müasir Azərbaycan, müzəffər cənab Prezident İlham Əliyevin uzaq görən siyasəti nəticəsində suverenliyi və bütövlüyü tam təmin edilərək, hər birimizin qürur və fəxarətimiz olan müqəddəs Azərbaycan bayrağı bu gün bütöv Azərbaycanın hər güşəsində dalğalanır.

Daha sonra ictimai-syasi xadim Gürcüstan Parlamentinin keçmiş deputatı Mahir Dərziyev çıxış edərək qeyd edib ki, möhtərəm cənab Prezident İlham Əliyevə dərin təşəkkür edirik ki, dahi şəxsiyyət M.Ə. Rəsulzadənin 140 illik yubileyinin keçirilməsi üçün sərəncam verib. O qeyd edib ki, ulu öndər Heydər Əliyev tərəfindən hər zaman AXC qurucuları dərin hörmət və ehtiramla yad edilərək yubiley tədbirləri keçirilib. M. Dərziyev qeyd edib ki, M.Ə. Rəsulzadə və onun silhadaşları cümhuriyyəti paytxat Tbilisidə elan ediblər. Ona görə Gürcüstan və paytaxt Tbilisi Azərbaycan xalqı üçün müqəddəs tarixi bir məkandır.

Daha sonra Türkiyənin MAARİF Okullarının Tbilisi nümayəndəliyinin rəhbəri Ali Sedat Aslan, Parlamentin keçmiş deputatı Hidayət Hüseynov, Azərbaycan dili və ədəbiyyat müəlliməsi Fatma Əliyeva, ziaylılar Səyyad Xəlilov, yazıçı Əli Abbas və digərləri AXC qurucusu M. Ə. Rəsulzadə haqqında öz fikirlərini bildiriblər.

Tədbirin ikinci hissəsində Azərbaycanın milli musiqiləri və mətbəxi nümayiş edilib.

Bizimlə əlaqə saxlayın