23 
May
2024
12:35
186

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini saxlanılıb

Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini Vadim Şamarin saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Rusiya dövlət xəbər agentliyi TASS məlumat yayıb.

“Məhkəmə mayın 22-də Şamarin barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. O, xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunur”, - deyə Rusiya dövlət xəbər agentliyi yazıb.

Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini və Silahlı Qüvvələrin Rabitə Baş İdarəsinin rəisi general Vadim Şamarinə qarşı irəli sürülən ittiham 15 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

Xatırladaq ki, son bir neçə həftə ərzində Rusiyada müdafiə nazirinin müavini Timur İvanov və Müdafiə Nazirliyinin Kadrlar İdarəsinin rəisi Yuri Kuznetsov həbs edilib. Həmçinin Vladimir Putin müdafiə naziri vəzifəsinə Sergey Şoyqunun yerinə Andrey Belusovu təyin edib.

Bizimlə əlaqə saxlayın