23 
May
2024
13:55
1940

Ağır yol qəzası can aldı, yaralılar var -FOTO

Kobuleti dolama yolunda qəza baş verib.

InterPress.ge xəbər verir ki, qəza nəticəsində orta yaşlı kişi ölüb, 3 sərnişin isə xəsarət alıb.

Təcili tibbi yardım briqadası yaralıları Kobuleti “Evexis” klinikasına köçürüb.

Hazırda Kobuleti dolama yolunun sözügedən hissəsində nəqliyyatın hərəkəti hər iki istiqamətdə məhdudlaşdırılıb, avtomobillər köhnə yolla hərəkət etməli olur.

Hadisə yerinə təcili tibbi yardım briqadaları və xilasedicilər səfərbər olunub.

Bizimlə əlaqə saxlayın