23 
May
2024
15:54
288

Qldani həbsxanasında məhkum etiraz əlaməti olaraq metal əşya udub

Qldani 8№ cəza çəkmə müəssisəsində aclıq elan edən məhkum Mixeil Turkadze etiraz əlaməti olaraq 5 ədəd metal əşya “Kusaçka” udub.

InterPress.ge xəbər verir ki bu barədə məhkumun həyat yoldaşı Stella Efimova məlumat verib.

Efimovanın sözlərinə görə, Mixeil Turkadze qonşusunu öldürməyə cəhdə görə cəzasını çəkir və 17 il müddətinə azadlıqdan məhrum edilib. Məhkum cinayəti etiraf etmir və ittihamın kvalifikasiyasının dəyişdirilməsini xahiş edir. Turkadzenin həyat yoldaşının sözlərinə görə, məhkumun həyatı və sağlamlığı təhlükədədir. O, dövlət müdafiəçisinin nümayəndəsinin həbsxanaya daxil olmasını və məhkuma vaxtında tibbi yardım göstərilməsini tələb edir.

“Həyat yoldaşım Qldani 8№ cəza çəkmə müəssisəsindədir. O, etiraz əlaməti olaraq aclıq aksiyası elan edib və 5 ədəd “Kuşaçka” metalı udub. Barəsində çıxarılan hökmə etiraz edir, iş üzrə əllərində kifayət qədər maddi sübut olmadığını, heç bir etirafı olmadığını bildirir. Bütün bunların fonunda həyat yoldaşımı adam öldürməyə cəhdə görə 17 il həbs etdilər.

Mən xalq müdafiəçisinin yanında idim, onların ofisindən indiyə qədər həyat yoldaşımın yanına heçkəs getməyib, cəzaçəkmə İdarəsinə də yazdım. Heyat yoldaşım deyir ki, ittiham olunduğum maddəyi dəyişdirməsələr, özümü öldürərəm, etmədiyim işə görə niyə 17 il orada oturum. Həyatı və səhhəti təhlükədədir, 7-ci gündür, nə su içir, nə də ağzına bir tikə çörək qoymur. Bu maddə dəişdirilməyənə qədər aclığı dayandırmayacağam, deyə o bəyan edir.

Sakitləşdirici dərmanlar verdilər, imtina etdi. Bazar ertəsi də onun yanında vəkil olub. Həyat yoldaşımın dediyinə görə, həbsxananın həkimləri onun yanında olub, sakitləşdirici dərmanlar veriblər, daha bunu istəmirəm. Vəziyyəti günü-gündən pisləşir, həyatı və sağlamlığı həqiqətən də təhlükə altındadır. Heç kamerasında da yoxdur, karantindədir, niyə bilmirəm, səhhətindən arayış istədim, yazılı şəkildə evinizə gələcək dedilər ancaq arayışın nə vaxt gələcəyini bilmirəm”, - deyə Efimova bildirib.

Saxlanılan şəxsin vəkili Zurab Rostiaşvili müsahibəsində izah edir ki, müvəkkili Turkadzenin sözlərinə görə, cinayətdə iştirak etmədiyi üçün ona bəraət hökmü çıxarılmasını tələb edir. Vəkilin sözlərinə görə, məhkum etiraz əlaməti olaraq cərrahi müdaxilədən imtina edir.

Məsələ ilə bağlı Penitensiar Xidmət İdarəsi ilə əlaqə saxlansada, məlumat şəxsi xarakter daşıdığından şərh verə bilməyəcəklərini bildiriblər.
 

Bizimlə əlaqə saxlayın