23 
May
2024
21:46
348

Gürcüstan Ermənistanla yeni 4 zolaqlı yol ilə birləşdiriləcək

Gürcüstan ilə Ermənistanı birləşdirən, Sadaxlı gömrük-keçid məntəqəsi istiqamətində 4 zolaqlı yeni avtomobil yolunun tikintisini planlaşdırılır.

InterPress.ge xəbər verir ki, 29,3 kilometrlik yolun tikintisinin dəyəri 107 milyon avro və ya 115 milyon dollar təşkil edir ki, bunun da 87 milyon avrosu Avropa İnvestisiya Bankı (AİB) tərəfindən maliyyələşdiriləcək.

Avtomobil Yolları Departamenti tikinti işlərinə nəzarət edəcək nəzarətçi şirkətin seçilməsi üçün 4 milyon avro məbləğində beynəlxalq tender elan edib. Yəqin ki, adıçəkilən şirkət seçildikdən sonra yol tikintisi podratçısının seçilməsi üçün tenderlər elan olunacaq.

Sözügedən yol iki yerə bölünüb ki, onların arasında birinci lot 13 kilometrlik 4 zolaqlı Algeti-Araflı avtomobil yolu, ikincisi isə 16,3 kilometrlik 4 zolaqlı Araflı-Sadaxlı (Ermənistan sərhədi) avtomobil yoludur. 

Layihəyə əsasən, yeni yol mövcud yola paralel olacaq.

Bizimlə əlaqə saxlayın