Marneuli Rustaveli küçəsində Avtomobil gənc qızı vurub.
InterPress.ge Xəbər verir ki, hadisə bu gün, günorta saatlarında baş verib.
Belə ki, yolu keçmək istəyən gənc qızı qarşıdan gələn avtomobil vuraraq yaralıyıb.
Hadisə yerindən şahidlərin verdiyi məlumata görə, yaralının vəziyyəti qənaətbəxşdir. O təcili tibbi yardım maşını ilə Marneulidə yerləşən xəstaxanaya aparılıb.
Faktla bağlı Daxili İşlər Nazirliyinin əməkdaşları araşdırma başladıb.
