Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Blinken: Yaxın aylarda Gürcüstanın Aİ-yə inteqrasiya perspektivləri məlum olacaq

375
Blinken: Yaxın aylarda Gürcüstanın Aİ-yə inteqrasiya perspektivləri məlum olacaq
Dinləmək üçün basın

Yaxın bir neçə ay Gürcüstanın Avropa İttifaqına inteqrasiya perspektivlərinin nə qədər olduğunu göstərəcək.

Yaxın bir neçə ay Gürcüstanın Avropa İttifaqına inteqrasiya perspektivlərinin nə qədər olduğunu göstərəcək.

InterPress.ge xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Antoni Blinkenin Gürcüstanın Müstəqillik Günü münasibətilə dərc olunmuş bəyanatında deyilib.

Blinkenin fikrincə, Tbilisi üçün Avropa İttifaqına üzvlüyə namizəd statusunun əldə edilməsi “tarixi miqyaslı nailiyyəti” idi. 

“Növbəti bir neçə ay bu fürsətin reallığa çevrildiyini görmək baxımından kritik olacaq. Gürcüstan rəhbərliyini onu düzgün istiqamətə yönəltmək üçün lazımi addımları atmağa çağırırıq”, – ABŞ-nin baş diplomatı vurğulayıb.

Dövlət katibi bildirib ki, Birləşmiş Ştatlar “Gürcüstanın demokratik gələcəyinə və çiçəklənməsinə sarsılmaz sadiqliyini” nümayiş etdirir və eyni zamanda, onun suverenliyi və bütövlüyünün ən fəal tərəfdarları arasındadır. O əmin edib ki, Vaşinqton “Gürcüstana təhlükəsiz və firavan Avropa demokratiyası qurmağa kömək etməyə qətiyyətlə sadiqdir” və “Gürcüstan xalqının Avro-Atlantik gələcəyə olan istəklərini” dəstəkləyir

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →