27 
May
2024
10:27
326

Cozef Borell: Görünür ki, Gürcüstan hökuməti Avropa yolundan uzaqlaşır

"Nazirlər Gürcüstandakı vəziyyəti qiymətləndirəcəklər, aydındır ki, Gürcüstan hökuməti Avropa yolundan uzaqlaşır və nazirlər necə davranacaqlarına qərar verməlidirlər"

InterPress.ge xəbər verir ki,bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edək ki, Brüsseldə Aİ Xarici Əlaqələr Şurasının iclası başlayıb.

Onun sözlərinə görə, bu, nazirlər səviyyəsində vəziyyətin ilkin qiymətləndirilməsi olacaq.

Məlumat üçün bildirək ki, Avropa İttifaqının Xarici Əlaqələr Şurası Brüsseldə keçiriləcək, ona Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrel sədrlik edəcək və digər məsələlərlə yanaşı, Gürcüstan məsələsi də müzakirə olunacaq.

Bizimlə əlaqə saxlayın