27 
May
2024
15:18
233

Marneuli meri  "Fəlakət və yanğın nəticəsində dəymiş zərərin qiymətləndirilməsi üzrə mövcud daimi komissiyanın” üzvləri ilə görüşüb

Marneuli meri Kənan Ömərov "Fəlakət və yanğın nəticəsində dəymiş zərərin qiymətləndirilməsi üzrə mövcud daimi komissiyanın” üzvləri ilə görüşüb.

InterPress.ge xəbər verir ki, bu barə Marneuli meri özü məlumat verib.

"Fəlakət və yanğın nəticəsində dəymiş zərərin qiymətləndirilməsi üzrə mövcud daimi komissiyanın” üzvləri ilə  işgüzar görüş keçirdim. 26 may tarixində, güclü yağıntıların yaratdığı fəsadları və görüləcək tədbirləri müzakirə etdik.

Qeyd edək ki, Meriyada “Fəlakət və yanğın nəticəsində dəymiş zərərin qiymətləndirilməsi üzrə mövcud daimi komissiyanın” bazasında, təbii fəlakət nəticəsində dəymiş zərəri yerindəcə öyrənən əlavə işçi qrupları yaratmışıq.

Bundan əlavə, təbii fəlakətlə əlaqədar Munisipalitetin qaynar xətti də işə salınıb. Vətəndaşlar bizimlə əlaqə saxlayaraq, dəymiş ziyanla bağlı məlumat verə bilərlər."- Marneuli meri bildirib.

Bizimlə əlaqə saxlayın