“Gürcü arzusu”nun ofisində İrakli Kobaxidzenin də iştirak etdiyi parlament çoxluğunun iclası keçirilib
“Gürcü arzusu”nun ofisində İrakli Kobaxidzenin də iştirak etdiyi parlament çoxluğunun iclası keçirilib.
InterPress.ge-nin xəbərinə görə, iclasda parlament çoxluğunun üzvləri prezidentin “Xarici təsirin şəffaflığı haqqında” qanuna qoyduğu vetoya və bununla bağlı məsələlərə baxıblar. Həmçinin cari sessiya həftəsinin plenar iclaslarında müzakirə olunacaq məsələlərə də diqqət yetirilib.
“Cari həftədə Milli Məclis bir sıra məsələləri, o cümlədən prezidentin “xarici təsirin şəffaflığı” ilə bağlı vetosunun aradan qaldırılması məsələsini müzakirə edəcək. Həmçinin Salome Zurabişvilinin “Gürcüstanın Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Gürcüstan qanunu ilə bağlı əsaslandırılmış fikirlərinin müzakirəsi aparılacaq.
Avropa Komissiyasının doqquz qeyd-şərti ilə bağlı qanun layihələri Milli Məclisdə “Ümumi Məhkəmələr haqqında”, “Korrupsiyaya Qarşı Mübarizə Bürosu”, “Xüsusi İstintaq Xidməti”, “Korrupsiyaya qarşı Mübarizə Bürosu haqqında” qanuna ediləcək dəyişikliklərlə bağlı müzakirəyə çıxarılacaq. Fərdi məlumatların mühafizəsi” layihəsi üçüncü oxunuşda qəbul ediləcək. Bu barədə “Gürcü arzusu”nun yaydığı məlumatda deyilir.
Bundan əlavə, partiyadan verilən məlumata görə, cari həftənin gündəliyinə uyğun olaraq, “Nazir saatı” formatında deputatlar ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Otar Şamuqiyanı və işğal olunmuş ərazilərdən olan məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə naziri Mixeil Sarjveladzeni dinləyəcəklər. Həmçinin, İqtisadiyyat və Dayanıqlı İnkişaf naziri Levan Davitaşvili parlamentdə interpellyasiya kimi təqdim olunacaq.