28 
May
2024
21:02
163

Baş nazir: Biz ölkənin maraqlarına xidmət edirik və sanksiyalarla bağlı istənilən söhbət qeyri-ciddidir

“Gürcü xalqını, gürcü xalqının seçdiyi hökuməti sanksiya və ya hər hansı digər bu kimi tədbirlərlə şantaj etmək cəhdi ciddi deyil” 

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze bu gün keçirilən mətbuat konfransında bildirib.

Baş nazirin qiymətləndirməsinə görə, bu cür tədbirlərin görülməsi belə bir şey düşünə bilən şəxsin özü üçün əks nəticə verəcək.

“Gürcü xalqını və gürcü xalqının seçdiyi hökuməti heç kim cəzalandıra bilməz. Bizim hər şeylə bağlı qəti mövqelərimiz var, biz bu cəmiyyətin, bu ölkənin maraqlarına xidmət edirik, ona görə də bizim üçün sanksiyalarla bağlı istənilən söhbət qeyri-ciddidir. Bu cür tədbirlərin görülməsi belə bir şey haqqında düşünə bilən şəxs üçün əks nəticə verə bilər. Ona görə də mən bir daha hamını praqmatik olmağa çağırıram. Praqmatizm və ədalət bizim ümumi maraqlarımızın həyata keçirilməsini təmin etməyin ən düzgün yoludur”, - deyə baş nazir bildirib.

Bizimlə əlaqə saxlayın