28 
May
2024
22:51
368

Qaratəhlədə Səməd Vurğunun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Qardabani rayonunun Qaratəhlə kənd ictimai məktəbində böyük Azərbaycan şairi Səməd Vurğunun xatirəsinə həsr olunmuş tədbir keçirilib.

InterPress.ge xəbər verir ki, məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Aygün Əliyevanın rəhbərliyi ilə hazırlanmış “Yaxşı ki, dünyada Vurğun var imiş” adlı ədəbi-bədii kompozisiya tamaşaçılar tərəfindən böyük maraqla izlənilib.

Şagirdlər böyük şairin şeirlərini məharətlə ifa ediblər, “Vaqif” dramından bəzi səhnələri təqdim ediblər. Tədbirdə həmçinin S. Vurğunun həyat və yaradıcılığına həsr olunmuş sənədli film də göstərilib.

Qaratəhlə kənd məktəbinin direktoru Bəhram İsayev, dərs hissə müdiri Əmirxan Məmmədov, veteran müəllim Məhərrəm Cəfərov və başqaları çıxış edərək öz təəssüratlarını bölüşüb kompozisiyanı yüksək qiymətləndiriblər.Tədbirin sonunda Aygün Əliyeva cıxış edən şagirdlərə və iştirakçılara öz təşəkkürünü bildirib, iş yoldaşı şair-publisist Rafiq Hümmətə göstərdiyi dəstəyə görə öz məmnuniyyətini ifadə edib.

Bizimlə əlaqə saxlayın