Danimarkanın XİN rəhbəri: Hakim partiya öz fəaliyyət kursunu dəyişməyincə, Gürcüstan Avropa İttifaqına daxil olmaq yolunda davam edə bilməyəcək
"Nə qədər ki, hakim partiya öz fəaliyyət kursunu dəyişməyib, Gürcüstan Avropa İttifaqına daxil olmaq yolunda davam edə bilməyəcək."
InterPress.ge xəbər verir ki, bu barədə Danimarkanın xarici işlər naziri Lars Loke Rasmussen bu barədə sosial şəbəkədə yazıb.
“Geniş ictimai etirazlara və beynəlxalq tərəfdaşların çağırışlarına baxmayaraq, Gürcüstanın hakim partiyası müxalifəti, medianı və QHT-ləri susdurmaq üçün xarici agentlər haqqında qanun layihəsini dəstəkləyib. Hakim partiya öz fəaliyyət kursunu dəyişməyincə, Gürcüstan Avropa İttifaqına daxil olmaq yolunda davam edə bilməyəcək”, – deyə Danimarka Xarici İşlər Nazirliyinin rəhbəri yazıb.
Qeyd edək ki, Parlament "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinə prezidentin veto qoymasını aradan götürüb. “Gürcü arzusu” fraksiyasının təqdim etdiyi və Salome Zurabişvilinin veto qoyduğu layihə 84 səslə dəstəklənib.


