Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Bakıda I TİO-nun final mərhələsi keçirilib  

398
Bakıda I TİO-nun final mərhələsi keçirilib  
Dinləmək üçün basın

Bakıda I Türk İnteqrasiya Olimpiadası (TİO) keçirilib.

Bakıda I Türk İnteqrasiya Olimpiadası (TİO)  keçirilib.

InterPress.ge xəbər verir ki, bu barədə Tbilisidə fəaliyyət göstərən Alyans Gənnclər Mərkəzinin sədri Leyla Əmrahova məlumat verib.

Əmrahovanın sözlərinə görə, olimpiadaya Gürcüstanın fərqli bölgələrindən altı iştirakçı SOYDAŞ İctimai Birliyinin İdarə Heyətinin sədri Kamran Ramazanlının və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə qatılıblar.

Xanım Əmrahova qeyd edib ki, Türk İnteqrasiya Olimpiadası (TİO) türk dövlətləri və milli qurumlarının məktəbliləri arasında keçirilən olimpiadadır.

Türk İnteqrasiya Olimpiadası türk xalqlarının “Dildə, fikirdə, işdə birlik” şüarının fərqində olmaları və gənclərin qardaş xalqların nümayəndələri ilə təhsil yolu ilə birləşməyi hədəfləyib.

TİO Fənlərin Dostluğu Olimpiadası (FDO) əsasında yaradılıb. FDO 2009-cu ildən Hədəf Şirkətlər Qrupuna daxil olan Hədəf Nəşrləri tərəfindən təsis edilib. 13 buraxılışı baş tutan FDO-da suallar inteqrativ formatda hazırlanır. Belə ki, bir sualın şərtində və cavab variantlarında 2 – 5 fənnin inteqrasiyası öz əksini tapır. TİO-da hər sualda inteqrasiya olunacaq fənlərdən biri mütləq türk dünyasının coğrafiyası, ədəbiyyatı, tarixi, mədəniyyəti və ortaq elmi haqqındadır.

Olimpiadanın dörd əsas məqsədi var:
* Türk xalqlarının ortaq dil, əlifba və dərsliklərinin ideyasına dəstək;
* Türk dünyasında orta məktəb şagirdlərinin ortaq bilgisinin formalaşması və paylaşılması;
* Türk xalqlarının yeniyetmələri arasında TİO vasitəsilə əməkdaşlığın qurulması;
* Türk xalqlarının “İşdə, dildə, əməldə birliy”in fərqində olması və ortaq mədəniyyətə sahib olduqlarını əyani təqdim etməsi.
Olimpiadanın əhatə dairəsi – Azərbaycan, Gürcüstan,Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, QKTC, Tatarıstan, Krım, Qaraçaylar, Qaqauzya, Çuvaşıstan, Özbəkistan, Balqariya, Başqurdustan, Altay, Tuva, Saxa Yakutiya, Xakasiya, Qərbi Trakya, Uyğurstan, Güney Azərbaycan, Kərkük türkləri.

Olimpiadada 10-dan çox ölkədən 100-ə yaxın şagirdin iştirak edib.

Türk İnteqrasiya Olimpiadası 10 ildən çoxdur ki, Hədəf Şirkətlər Qrupu tərəfindən keçirilən Fənlərin Dostluğu Olimpiadası (FDO) əsasında yaradılıb.

Gürcüstan heyətinin rəhbəri Leyla Əmrahova qeyd edib ki, olimpiadada 2 gümüş, 4 bürünc medal qazanıblar.
Gümüş medal qazananlar bunlardır:
Simar Bayramov (Marneuli)
Şarabanu Nənəcənova (Bolnis)
Bürünc medal qazananlar: 
Nəzrin Qəmbərli(Tiflis)
Zəhra Əliyeva (Qardabani)
Mürsəl Xıdırov (Dmanisi)
Zenfira Mamedova(Rustavi)



 

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →