Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Qardabanidə Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirilib

444
Qardabanidə Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirilib
Dinləmək üçün basın

Qardabani Təhsil və İnteqrasiya Mərkəzində 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirilib.

Qardabani Təhsil və İnteqrasiya Mərkəzində 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirilib.

InterPress.ge xəbər verir ki, tədbirdə mərkəzin müəllimləri, tələbələr, məktəblilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mərkəzin rəhbəri Raul Əliyev Azərbaycan və gürcü xalqlarının dostluq münasibətlərindən danışıb, əlaqələrin inkişafında soydaşlarımızın rolunu qeyd edib.Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Sabit Məmmədov Azərbaycan Xalq Cümhuriyyətinin Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi olduğunu bildirib.

Tarix müəllimi Əvəzxan İsayev Azərbaycanın müstəqillik illərindəki uğurları barədə ətraflı məlumat verib. Bildirib ki, soydaşlarımız Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbədən qürur hissi duyurlar. 

Digər çıxış edən natiqlər Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan xalqının dövlətçilik və ictimai-siyasi fikir tarixində rolunu, XX əsrdə Azərbaycan xalqının həyatında yeni bir mərhələ olduğunu, vurğulayıblar. Sonra mərkəzin yetirmələri vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.

Sonda Mərkəz tərəfindən “Heydər Əliyev və Gürcüstan” mövzusunda keçirilən esse müsabiqəsinin qalibləri diplom və xatirə hədiyyələri ilə təltif olunublar.


 


 

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →