Gələn ildən etibarən Avro 5 standartına cavab verməyən yük maşınları və avtobuslar qeydiyyata alınmayacaq
Parlamentə 2023-cü il hesabatının təqdimatı zamanı ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri atmosfer havasının çirklənməsinin azaldılması istiqamətində həyata keçirilən bir sıra tədbirlərdən danışıb və qeyd edib ki, havaya zərərli maddələrin atılmasının əsas mənbəyi nəqliyyat sektorudur.
InterPress.ge xəbər verir ki, bu barədə Otar Şamuqiya açıqlama verib.
“Keçən il ən vacib addımları atdıq. Hökumətin qərarına əsasən, 2024-cü ildən avtomobillər üçün Avro 5 emissiya standartı tətbiq edilir. Bu ildən etibarən bu standarta cavab verməyən yüngül avtomobil ölkə ərazisində qeydiyyata alına bilməz, gələn ildən isə tənzimləmə yük avtomobillərinə və avtobuslara şamil ediləcək. Artıq 7 ildir ki, ölkədə Avro 5 standartlı benzin istehlak olunur, 2023-cü ildən isə dizel üçün də Avro 5 standartı tətbiq edilir”, - deyə Otar Şamuqiya bildirib.


