01 
Iyn
2024
11:24
446

Rustavidə zəncirvari qəza baş verib

Rustavidə Marcanişvili və Kldiaşvili küçələrinin kəsişməsində zəncirvari qəza baş verib.

InterPress.ge xəbər verir ki, 5 avtomobil bir-biri ilə toqquşub.

Məlumata görə, əvvəlcə iki avtomobil bir-biri ilə toqquşub, daha sonra onlardan biri dayanmış digər avtomobillərlə toqquşub.

Qəza nəticəsində iki nəfər xəsarət alıb. Onlar klinikaya aparılıb.

Hadisə yerinə patrul polis qrupları səfərbər olunub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər