Miriam Leksman “Vahid Milli Hərəkat”a qarşı edilən hücumu pisləyib
"Mən Avropa Xalq Partiyası ilə birlikdə demokratik müxalifətə və "Vahid Milli Hərəkata" qarşı bu hücumları qətiyyətlə pisləyirəm".
InterPres.ge xəbər verir ki, Avropa Parlamentinin deputatı Miriam Leksman Vahid Milli Hərəkatın ofisinə hücum edilməsinə belə münasibət bildirib.
“Bu hədə-qorxunun mənbəyini və səbəblərini tapmaq üçün dahi insana ehtiyac yoxdur. Bu demokratik geri çəkilmə spiralı qəti cavab tələb edir”, - Avropa Parlamentinin deputatı yazıb.
Xatırladaq ki, mayın 31-də, gecə saatlarında “Vahid Milli Hərəkat”ın ofisinə hücum edilib.
Partiyanın sədri Levan Xabeişvilinin məlumatına görə, 100-ə yaxın maskalı şəxs ofisə soxulmağa cəhd edib, binanın şüşələri sındırılaraq zədələnib.
“Vahid Milli Hərəkat” partiyasının ofisinə basqınla bağlı Daxili İşlər Nazirliyində Cinayət Məcəlləsinin obyektin zədələnməsi və ya məhv edilməsini nəzərdə tutan 187-ci maddəsi ilə araşdırma aparılır.


