Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

İrakli Ğaribaşvili: Müxalifət partiyaları özünə hörmətini itirib

294
İrakli Ğaribaşvili: Müxalifət partiyaları özünə hörmətini itirib
Dinləmək üçün basın

“ Gürcü arzusu” partiyasının sədri İrakli Ğaribaşvilinin fikrincə, Salome Zurabişvilinin təqdim etdiyi xartiya böyük anlaşılmazlıqdır.

“Gürcü arzusu” partiyasının sədri İrakli Ğaribaşvilinin fikrincə, Salome Zurabişvilinin təqdim etdiyi xartiya böyük anlaşılmazlıqdır.

InterPress.ge xəbər verir ki, bu barədə Ğaribaşvili jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, sözügedən xartiya ətrafında birləşən xalq öz hörmətini itirib.

“Salome Zurabişvilinin yeni roluna gəlincə, bu, onun roludur, o, özü seçməyib, bu rol onun üçün müəyyən edilib. Mənim nöqteyi-nəzərimə görə, burada böyük anlaşılmazlıq var, prezidentlik müddətinin bitməsinə bir neçə ay qalmış bu adam hansı xartiyadan danışır. Mən ictimaiyyətə xatırlatmaq istəyirəm ki, biz bu xartiya ətrafında nələrin baş verdiyini görürük, insanlar özlərinə hörmətlərini itiriblər. Mən müxalifət partiyalarını, Salome Zurabişvilini rezident adlandıran insanları nəzərdə tuturam. Bu gün onun ətrafında birləşiblər, öz liderini yeni liderlə əvəzləyiblər, mən Salome Zurabişvilini nəzərdə tuturam və onlar böyük qarışıqlıq içindədirlər", - deyə o qeyd edib.

 

 

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →