03 
Iyn
2024
19:33
208

Nazir: Marneulidə artıq UEFA kateqoriyalı stadion açmışıq

“Birgə səylərlə biz yeni çempionların, hətta daha çox həvəskar və peşəkar idmançıların yetişəcəyi standartda stadionlar tikirik”.

InterPress.ge xəbər verir ki, bu barədə regional inkişaf və infrastruktur naziri İrakli Karseladze Marneuli şəhərində yeni futbol stadionunun açılışında bildirib.

Nazir yeni UEFA kateqoriyalı stadionun açılışı münasibətilə yerli sakinləri, gənc idmançıları və idmansevərləri təbrik edib. O, həmçinin Bələdiyyə İnkişaf Fondunun kollektivinə, Futbol Federasiyasına, Mədəniyyət və İdman Nazirliyinə, podratçıya və nəzarət təşkilatlarına təşəkkürünü bildirib.

“2023-cü ildə biz 21 yaşadək futbolçulardan ibarət UEFA Avropa çempionatına layiqli ev sahibliyi etdik. 11 stadionun tikintisi və bərpası məhz toplanmış təcrübə nəticəsində həyata keçirilib. Artıq Marneulidə UEFA kateqoriyalı stadion açmışıq. Bundan əlavə, nazirliyin idman sahəsində Zuqdidi, Axaltsixe, Tsnori, Bolnisi, Arxiloskalo və bir çox başqa yerlərdə həyata keçirilən layihələri mühüm əhəmiyyət kəsb edir. Biz idman infrastrukturunu inkişaf etdiririk. Artıq Kutaisidə olimpiya hovuzu, Rustavidə də çoxfunksiyalı idman kompleksi var və təbii ki, biz bu istiqamətdə işimizi və inkişafımızı davam etdiririk”, - deyə İrakli Karseladze bildirib.

Bizimlə əlaqə saxlayın