“Oğru Dünyası” nın üzvləri saxlanılıb
Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis İdarəsinin əməkdaşları Baş Prokurorluqla birgə həyata keçirdikləri əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində hakimin hökmünə əsasən Tbilisidə “Oğru dünyas” ilə əlaqəli 3 nəfəri saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, “Oğru dünyası”na üzv olduğu üçün əvvəllər məhkum olunmuş 1969-cu il təvəllüdlü D.T. və 1990-cı il təvəllüdlü V.Q (ləqəbi "Bachi")saxlanılıb. Həmçinin, “Oğru dünyası”nın üzvünə müraciət etdiyinə görə, əvvəllər məhkum olunmuş 1990-cı il təvəllüdlü D.C da saxlanılıblar.
Sözügedən cinayətlər 10 ilə qədər həbs cəzasını nəzərdə tutur.
“İstintaq müəyyən edib ki, təqsirləndirilən D.C. maliyyə mübahisəsini həll etmək üçün “Oğru dünyası”nın üzvü – “Baçi” ləqəbli şəxsə müraciət edib. Qarşı tərəf isə kriminal avtoritetlərdən də kömək istəyib, bundan sonra təqsirləndirilən D.T-nin mənzilində “oğru yığıncaqı” təşkil edilib.
Şübhəlilər qondarma oğru adət-ənənələrinə uyğun təşkil edilən toplantıda mübahisə edən tərəfə qarşı tərəfin xeyrinə müəyyən məbləğdə pul ödəməsi tapşırılıb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 223-cü maddəsinin birinci hissəsinə və Gürcüstan Cinayət Məcəlləsinin IV Prima-nın 223-cü maddəsinin birinci hissəsinə əsasən aparılır”, - deyə məlumatda deyilir.


