26 
Avq
2020
14:35
2617

Ali məktəblərin açılması ilə bağlı açıqlama verildi

"Bütün məktəblər yoxlamadan keçib və açılış üçün bütün standartlara cavab verirlər".

InterPress.ge xəbər verir ki, bu barədə Dövlət təhlükəsizlik xidmətinin rəhbəri müavini Aleksandre Xocevanişvili qeyd edib.

Xocevanişvilinin baş tutan brifinqdə qeyd etdiyinə görə, ali məktəblərlə bağlı intensiv şəkildə işlər davam etdirilir və yaxın vaxtlarda qəbul ediləcək qərar ictimailəşdiriləcək.

"Uşaq bağçalarının açılması ilə əlaqədar qərar qəbul edilib. Dünya təcrübəsi göstərir ki, mərhələli şəkildə məhdudiyyətlərin aradan qaldırılması mobil üçün çox önəmlidir. Müvafiq olaraq 15 Sentyabrda ictimai məktəblər, 2 həftə sonra 1 oktyabr da isə uşaq bağçaları açılacaq. Biz eləcə də ali məktəblərlə bağlı intensiv şəkildə işlər davam etdirilir və yaxın vaxtlarda qəbul ediləcək qərar ictimailəşdiriləcək.

Bunlardan başqa eləcədə teatrların və kinoteatrları açmağa dair qərar qəbul etdik. Kinoteatrlar 15 Sentyabrda, teatrlar isə 1 oktyabrda açılacaq", - dedi Xocevanişvili.

Qeyd edək ki, hökumət administrasiyasının məlumatına görə, bütün ictimai məktəblər resurs mərkəzlər tərəfindən yoxlanılıb. Yaxın zamanlarda yoxlama prosesi əmək müfəttişliyi tərəfindən də həyata keçiriləcək. Eləcədə yoxlama prosesindən uşaq bağçaları da keçəcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər