
İrakli Kobaxidze Təhsil Nazirliyinin əməkdaşları ilə görüşüb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Təhsil, Elm və Gənclik Nazirliyinin əməkdaşları ilə görüşüb.
InterPress.ge xəbər verir ki, bu barədə Baş nazirin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hökumət başçısı görüşdə təhsil sahəsində planlaşdırılan əsaslı dəyişikliklərə diqqət yönəldib və yeni hökumət proqramında ali təhsil və elm sahəsində əsaslı dəyişikliklərə xüsusi diqqət yetiriləcəyini qeyd edib. Baş nazir, təhsil infrastrukturunun keyfiyyətcə yaxşılaşmasına üstünlük veriləcəyini, bunun da tələbələrə və gənclərə özlərini reallaşdırmaq üçün daha yaxşı imkan verəcəyini deyib.
“İrakli Kobaxidze ölkənin inkişafında dövlət qulluqçularının olduqca mühüm rolunu vurğulayıb və nazirliyin əməkdaşlarına illər boyunca xidmətlərinə görə təşəkkür edib.
Həmçinin, baş nazir görüşdə ölkədə davam edən və planlaşdırılan böyük infrastruktur layihələri və ölkənin inkişafı üçün siyasi sabitliyin xüsusi əhəmiyyətindən danışıb. Görüş sual-cavab rejimində keçirilib.
Gürcüstanın Baş naziri dövlət qulluqçuları ilə tanışlıq məqsədli görüşləri davam etdirir. Təhsil, Elm və Gənclik Nazirliyindən əvvəl hökumət başçısı xarici işlər, iqtisadiyyat və davamlı inkişaf, ədliyyə nazirliklərində olub”- yayılmış məlumatda qeyd olunub.