04 
Iyn
2024
22:50
392

Ödəniş kartlarından istifadə hallarında artım müşahidə olunub

2024-cü ilin birinci rübündə rezident emitentlər tərəfindən buraxılmış ödəniş kartları ilə əməliyyatlar 22,2 faiz artıb.

Bu barədə InterPress.ge Gürcüstan Milli Bankının məlumatına istinadən bildirir.

Məlumata görə, 2024-cü ilin ilk üç ayında həyata keçirilən əməliyyatların sayı 235,832 milyon, 2023-cü ilin müvafiq dövründə isə bu rəqəm 192,924 milyon təşkil edib ki, bu da o deməkdir ki, kartdan istifadə 22,2 faiz artıb.

Əməliyyatların ümumi həcmi 18,651 milyard lari təşkil edib. Bundan Gürcüstan ərazisində həyata keçirilən əməliyyatların həcmi 16,457 milyard lari, xaricdə həyata keçirilən əməliyyatların həcmi isə 2,193 milyard təşkil edib.

Artım internet üzərindən həyata keçirilən əməliyyatlarda da qeydə alınıb. 2024-cü ilin birinci rübündə 57,184 milyon əməliyyat yerinə yetirilib və əməliyyatların ümumi həcmi 4,128 milyarda bərabər olub. Ötən il 40,420 milyon internet ödəniş əməliyyatı qeydə alınıb və əməliyyatların ümumi həcmi 33 faiz az olub. 2023-cü ilin birinci rübündə əməliyyatların ümumi həcmi 2,765 milyard lari müəyyən edilib.

Bizimlə əlaqə saxlayın