May ayı ərzində külli miqdarda rüsumsuz malların saxlanması-daşıması-satılması ilə bağlı 17 fakt müəyyən edilib
Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidmətinin əməkdaşları tərəfindən 2024-cü ilin may ayı ərzində bütün Gürcüstan ərazisində həyata keçirilən əməliyyat-axtarış tədbirləri və istintaq-əməliyyat tədbirləri nəticəsində külli miqdarda markalanmalı olan aksizli malların aksiz markası olmadan saxlama-daşıma-satışı ilə bağlı 17 fakt aşkar edilib.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, hadisə ilə bağlı 17 nəfər ittiham olunub, onlardan 4-ü saxlanılıb.
“Aparılmış istintaq hərəkətləri nəticəsində cinayətdə təqsirləndirilən şəxslərdən ümumi bazar dəyəri 90 000 laridən çox olan 17 062 ədəd rüsumsuz siqaret götürülüb. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin cəza olaraq 6 ildən 8 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutan 200-cü maddəsi ilə aparılır”, - məlumatda deyilir.


