05 
Iyn
2024
11:23
548

İstindaq xidməti tərəfindən şəxsi həyat gizliliyini pozan 11 fakt aşkar edilib

Xüsusi istintaq xidməti şəxsi həyatın toxunulmazlığının pozulması və cinsi hərəkətlərə məcbur etmə ilə bağlı 11 fakt aşkarlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə İstintaq xidməti məlumat yayıb.

İstintaq xidmətinin məlumatına görə, istintaq müəyyən edib ki, təqsirləndirilən şəxs G.K. illərdir internet məkanında, o cümlədən Facebook sosial şəbəkəsinin müxtəlif qruplarında elanlar yerləşdirib, burada yalandan fotoqraf olduğunu bildirərək, qadın yataq dəstlərinin reklamı üçün qızları xüsusi seçilmiş mənzillərə fotosessiyaya dəvət edib

“Bundan əlavə, o, müvafiq mükafat müqabilində qadınları dayə/baxıcı və masaj terapevti vəzifəsinə mənzilə dəvət edib, maraqlı şəxslərə özünü uydurma şəxsiyyətlərlə, o cümlədən Nukri Jioşvili və İvane Cayaninin adlarını təqdim edib, bundan sonra onlarla ünsiyyətə girmiş və onların etimadını qazanmağa çalışmışdır. Təqsirləndirilən şəxs aldatma yolu ilə mənzilə gətirilən zərərçəkmişlərlə fotosessiyası təşkil edib və bu yolla, dələduzluq yolu ilə zərərçəkmişlərin intim məzmunlu foto-video faylını əldə edib. Fotosessiyadan sonra təqsirləndirilən şəxs adıçəkilən qadınlarla ünsiyyətini davam etdirməyə çalışıb və bəzi hallarda onların şəxsi həyatının sirrini əks etdirən intim fotolarını yaymaqla hədələyərək, onları cinsi əlaqəyə məcbur edib. Təqsirləndirilən şəxs həmçinin zərərçəkmişlərin içkisinə naməlum maddə ataraq köməksiz vəziyyətdə zərərçəkmişlərlə cinsi əlaqədə olub, bu zaman zərərçəkmişlərlə cinsi əlaqəni gizli, qanunsuz olaraq videoya çəkib və arxivləşdirib.

Xüsusi İstintaq Xidməti təqsirləndirilən şəxsi 2024-cü il martın 22-də 19 yaşlı zərərçəkmiş qızı şəxsi həyatının görüntüləri ilə şantaj etmək faktı ilə bağlı məhkəmənin hökmü əsasında həbs edib.Təqsirləndirilən şəxsin axtarışı nəticəsində 200-ə yaxın qadının 5000-dən çox intim foto və video materialı, o cümlədən müttəhimin illər ərzində qeyri-qanuni yolla əldə etdiyi gizli lentə alınmış video görüntülər götürülüb.

Qeyd olunan mərhələdə istintaq tərəfindən tədqiq edilən kompüter cihazlarında olan elektron məlumatlar, o cümlədən foto/video material, təqsirləndirilən şəxslərlə zərərçəkmişlər arasında yazışmalar və digər istintaq hərəkətləri nəticəsində 11 zərərçəkmiş şəxs müəyyən edilib.

G. K - ya qarşı Gürcüstan Cinayət Məcəlləsinin 157-ci maddəsinin birinci hissəsi ilə ittiham irəli sürülüb. Cinayət 7 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır”, - deyə məlumatda deyilir.
 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər