Marneulinin mərkəzi Rustaveli küçəsində yol qəzası baş verdi.
InterPress.ge xəbər verir ki, Mersedes markalı avtomobil, Toyota markalı avtomobilə çırpılıb.
Xəbər portalımızın əməkdaşının hadisə yerindən verdiyi məlumata görə, Mersedes markalı avtomobil arxaya sürərkən, Toyota markalı avtomobilə çırpılıb. Xoşbəxtlikdən qəza yüngül olub və xəsarət alan olmayıb.

