Gürcüstanda seçki məcəlləsində dəyişikliklər edilir
Gürcü Arzusu seçki məcəlləsinə dəyişikliklərin əlavə edilməsi ilə əlaqədar təşəbbüs irəli sürür. Təşəbbüsə görə seçiciyə qarşı təhdid, məcburiyyət, səs vermədə ediləcək qadağalar baş verərsə ciddi sanksiyalar tətbiq ediləcək.
InterPress.ge xəbər verir ki, təşəbbüs haqqında parlament sədri Arçil Talakvadze mətbuat konfransında danışıb.
Onun sözlərinə görə təşəbbüsdə eləcə də bənzər pozuntular rast gəlinərsə şəxs məsuliyyətə cəlb olunacaq.
"Əsaslı demokratik islahatların keçirilməsindən sonra seçkilərin ədalətli və şəffaf keçirilməsi məqsədilə biz növbəti dəfə çox önəmli bir addım atırıq. Belə ki, Gürcü arzusu seçki məcəlləsinə dəyişikliklərin əlavə edilməsi ilə əlaqədar təşəbbüs irəli sürür. Təşəbbüsə görə seçiciyə qarşı təhdid, məcburiyyət və səs vermədə qadağaların pozulması hallarında sərt sanksiyalar tətbiq ediləcək. Təşəbbüsdə eləcə də qeyd olunub ki, bənzər pozuntular rast gəlinərsə şəxs məsuliyyətə cəlb olunacaq. Bu dəyişiklik cinayət məcəlləsinə də daxil ediləcək. Əgər bənzər qanun pozuntuları baş verərsə ya cərimə tətbiq ediləcək ya da daxili cəzaçəkmə olaraq 6 aydan 2 ilədək, azadlıqdan məhrum etmə təqdirində isə 3 ilədək. Sözügedən dəyişiklik hazırdır və bu gün parlamentdə qeydiyyatdan keçiriləcək. Məqsədimiz 2020-ci il seçkilərinin yüksək demokratik standartlara uyğun olaraq keçirilməsidir. Biz ictimaiyyətimizin azad seçiminə hörmətlə yanaşırıq, güvənirik. İnanırıq ki, gürcü arzusu bu seçkilərdə qalib gələcək ", - dedi Talakvadze.