Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Saqarecoda “Parlaq gələcək” Tədris Mərkəzi fəaliyyətə başlayıb

535
Saqarecoda “Parlaq gələcək” Tədris Mərkəzi fəaliyyətə başlayıb
Dinləmək üçün basın

Gürcüstanın Saqareco Bələdiyyəsinin Keşəli kəndində yerli müəllimlərin təşəbbüsü ilə istifadəyə verilən “Parlaq gələcək” kitab evi Diasporla İş üzrə Dövlət Komitəsinin layihələri çərçivəsində Tədris Mərkəzi kimi də…

Gürcüstanın Saqareco Bələdiyyəsinin Keşəli kəndində yerli müəllimlərin təşəbbüsü ilə istifadəyə verilən “Parlaq gələcək” kitab evi Diasporla İş üzrə Dövlət Komitəsinin layihələri çərçivəsində Tədris Mərkəzi kimi də fəaliyyət göstərir və hazırda pulsuz kurslara start verilib.

InterPress.ge xəbər verir ki, Mərkəzin direktoru Rafael Süleymanov bildirib ki, kurslar ödənişsizdir.

Kurslara qeydiyyat may ayının 6-dan başlayıb və 12-18 yaş aralığında yeniyetmələr üçün nəzərdə tutulub. Dərslərin müddəti bir saat olmaqla həftədə üç dəfə dörd ay davam edəcək. Mərkəzdə Azərbaycan və gürcü dili, şahmat və saz kursları fəaliyyət göstərir.

Mərkəzin gürcü dili müəllimi Tea Qurqenidze Azərbaycan icması üçün regionlara görə tədris metodikasının olmasının vacibliyini vurğulayıb, uşaqların gürcü dilini öyrənməsi üçün mərkəzdə hər bir şəraitin yaradıldığını qeyd edib.

İbtidai sinif müəllimi, mərkəzin kitabxanaçısı Durna Mərdanova şagirdlərin mərkəzin kitabxanasından bəhrələndiyini, Azərbaycan dilində kitablara tələbat olduğunu qeyd edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →