Bu cərimələr silinəcək
Parlament hökumətin koronavirus pandemiyası zamanı müəyyən edilmiş qaydaların pozulmasına görə həbs edilmiş şəxslərin inzibati cərimələrdən, habelə cinayət məsuliyyətindən azad edilməsini nəzərdə tutan təşəbbüsünü sürətlə nəzərdən keçirir.
InterPress.ge xəbər verir ki, bu istiqamətdə artıq qəbul edilmiş qanunlara “İnzibati cərimələrdən azad etmə haqqında” və “Amnistiya”ya dəyişikliklər daxil edilib.
23 iyun 2021-ci il tarixindən 4 iyul 2023-cü il tarixədək hüquqpozma törətmiş fiziki və hüquqi şəxslər məsuliyyətdən azad edilir.
Təcrid və karantin qaydalarını, habelə maskadan istifadə qaydalarını pozduqlarına görə cərimə olunan şəxslər inzibati məsuliyyətdən azad edilirlər. Hökumətin məlumatına görə, 1893 nəfər inzibati cərimədən azad olunacaq. Onlardan 1855-i fiziki, 38-i isə hüquqi şəxslərdir. Ümumi məbləğ 5 596 047 lari (fiziki şəxslər üçün 5 346 047 lari, hüquqi şəxslər üçün 250 000 lari) təşkil edir.
“Amnistiya haqqında” qanunda edilən dəyişikliyə gəlincə, 23 iyun 2021-ci il tarixindən 4 iyul 2023-cü il tarixədək olan müddətdə “Cinayət Məcəlləsi”nin 248/1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş həmin şəxslər cinayət məsuliyyətindən azad olunacaqlar. Hökumətin izah etdiyi kimi, 23 iyun 2021-ci ildən 2024-cü ilin may ayına qədər olan müddətdə “Cinayət Məcəlləsinin 248/1” maddəsinə əsasən 10 nəfərə hökm oxunub. Qeyd olunan 10 məhkumdan 8 nəfərə şərti cəza verilib, bu cəzalara əsasən 6 məhkum 2000 lari məbləğində cərimə edilib.
“İnzibati cəzadan azad etmə haqqında” və “Amnistiya haqqında” qanunlara nəzərdə tutulan dəyişikliklər iyunun 10-da Milli Məclisin Bürosuna təqdim olunacaq.


